İntel® Təhsil Təşəbbüsü əsas diqqətini sabahkı tələblərə cavab verən bugünkü müəllim və şagirdləri hazırlamağa yönəldir. Intel Education Initiative İntel-in təhsil qarşısında olan öhdəliyini əks etdirir və bütün dünya üzrə siniflərdə texnologiyadan səmərəli istifadəni təşviq edir. Təşəbbüsün məqsədi aşağıdakılardan ibarətdir:
İbtidai və orta təhsildə elm və riyaziyyatı təkmilləşdirmək
Sinif tədrisində texnologiyadan səmərəli istifadəni artırmaq
Texnologiyaya çıxışı genişləndirmək
Texniki karyera ilə məşğul olan insanların, xüsusilə də qadın və azsaylı xalqların sayını artırmaq
Bu səyin bir hissəsi kimi İntel Təhsil Veb saytı başlıca olaraq müəllim və texnoloji koordinatorlar üçün layihələşdirilir. O, İntel-in təhsil proqramları haqqında informasiyalarla, eləcə də elm, riyaziyyat, mühəndislik və texnoloji təhsilə köməklik göstərən məzmun və xidmətləri təmin edir.
Bizə, bu saytı təkmilləşdirməkdə kömək edəcək sizin şərhləriniz, təklifləriniz və ideyalarınız yüksək qiymətləndiriləcək. Zəhmət olmazsa, bizimlə
əlaqə saxlayın.