Intel Təhsili üçün yeri seçin

   İngilis dilində informasiya   İngilis dilində informasiya
 
Intel® Təhsil Təşəbbüsü › İbtidai və Orta Təhsil  › İntel Təhsil – Əsas mövzular ›

Intel® “Gələcək üçün Təhsil” Proqramı


Intel® “Gələcək üçün Təhsil” pedaqoqlara texnologiyadan səmərəli şəkildə istifadə etməklə 21-ci əsr təhsilinin daha da inkişaf etdirilməsinə yardım edən tədqiqatla təsdiq edilmiş, dünya üzrə peşəkar inkişaf proqramıdır.

21-ci əsr təhsili və tədrisinə səlahiyyət verilməsi.

Intel® “Gələcək üçün Təhsil” öz növündə ən peşəkar müəllim hazırlayan uğurlu proqramdır, bunun sayəsində 40 ölkədə 5 milyondan artıq müəllim təlim keçmişdir. Müəllimlər əsas diqqətlərini tələbələrin yüksək səviyyəli təfəkkür bacarıqlarına yönəldərək digər müəllimlərdən öz dərs planlarına texnologiyanı necə, nə vaxt və harada tətbiq etməyi öyrənirlər. Onlar təhsildə tədris məqsədləri, dövlət və milli standartları nəzərə alınmaqla qiymətləndirmə vasitələrini və müqayisəli dərsləri yaratmaq üçün yeni yanaşmaları təcrübədən keçirirlər.

Intel® “Gələcək üçün Təhsil” layihəsi Azərbaycanda 2006-ci ildən həyata keçirilir. 2006-2009-ci illər ərzində təlimlər nəticəsində 11000-ə yaxın müəllim və pedaqoji ali təhsil ocaqlarının tələbələri təlimləndirilmişdir. Bu günədək layihə çərçivəsində 55 orta məktəb, Azərbaycan Dillər Universtiteti, Azərbaycan Pedaqoji Universtiteti, Bakı Dövlət Universtiteti, Gəncə Dövlət Universtiteti, Lənkaran Dövlət Universtiteti, və eləcə də Bakı kompüter kollecində İntel “Gələcək üçün Təhsil” təlim mərkəzləri fəaliyyət göstərir. Bu iki il ərzində Bakı, Sumqayıt, Lənkəran və Zaqatalada 1000-dən çox təlim keçirilmişdir.

2008-ci ilin noyabr ayından İntel “Gələcək üçün Təhsil” təlim vəsaiti Azərbaycan Təhsil Nazirliyi tərəfindən dəstəklənərək“2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı” çərçivəsində maliyyələşdirilir.

Azərbaycanda həyata keçirilən Intel “Gələcək üçün Təhsil” layihəsi haqqında daha geniş məlumat almaq üçün www.madad.net* səhifəsinə daxil ola bilərsiz.
Səhifənin əvvəlinə